2018-ci il ərzində əmək bazarı göstəricilərində yaxşılaşma prosesi davam edəcək.

Leqal.info GoldNews.Az-a istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində vurğulayıb.

Nazir qeyd edib ki, iqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 839 min nəfərə, muzdla işləyənlərin orta illik sayının isə 1 milyon 555 min nəfərə və ya məşğul əhalinin 32 faizinə çatacağı proqnozlaşdırılır. Həmçinin 2005-2016-cı illərdə 4 dəfə, cari ilin yanvar-oktyabr aylarında 6,4 faiz artaraq 525,4 manat olmuş orta aylıq əməkhaqqının 2018-ci ildə 550 manata çatacağı gözlənilir.