Sarımsaq qidalara gözəl dad verməkdən başqa, orqanizmdə sağalmlıqla əlaqədar bir çox problemləri həll edir. Sarımsaq ürəyin saqlamlığı üçün effektiv tərəvəz sayılır. O qanda xolesterinin miqdarını və arterial təzyiqi aşağı salır, aterersklerozun aradan qalxmasına səbəb olur.

Sarımsaq sağlamlıqla əlaqədar olan bir çox xəstəliklərin qarşısını alır. O qrip, göbələk infeksiyası, lixoradka, diareya xəstəliklərinin sağalmasına, immun sistemin artmasına,orqanizmdəki zərərli mikrobların məhv olmasına səbəb olur.
Davamlı olaraq hər gün sarımsaq yemək diabet xəstəliyinin, prostatın böyüməsinin, osteoartritin əlamətlərini azaldır.
Sarımsağın orqanizmə ən effektli təsirini əldə etmək üçün onu təmizləyib 15 dəqiqə saxladıqdan sonra yemək lazımdır. Ən yaxşı təsiri almaq üçün isə sarımsağı acqarına yemək lazımdır. Bu vasitə ilə yeyilən sarımsaq orqanizmdə bir çox çətin və gec sağalan xəstəliklərin malicəsini sürətləndirir.
Sarımsağı bala qarışdırıb yemək isə orqanizmin enerjisinin artmasına, ümumi vəziyyətin sağalamlaşmasına səbəb olur. Bunun üçün 2-3 diş sarımsağı xırda hissələrə bölüb bir xörək qaşığı bala qarışdıraraq yemək lazımdır.
Qrip əleyhinə sarımsaqlı qarışımı isə aşağıdakı qaydada hazırlamaq lzımdır.


Lazım olanlar:


* sarımsaq – 5 diş
* soğan – yarım ədəd
* acı bibər – yarım ədəd
* zəncəfil – 1 xörək qaşığı
* 1 limonun şirəsi
* alma sirkəsi

Hazırlanması:


500 ml şüşə bankaya xırdalanmış soğan, zəncəfil, acı bibər və sarımsaq tökülür. Sonra bir ədəd limonun şirəsi bankadakıların üstünə sıxılır. Sirkə də əlavə edildikdən sonra bankanın qapağı örtülür. Qarışım bir-neçə saatdan sonra istifadəyə hazır olur. (immunitet.az)
Leqal.info