Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən Tərtər rayon Mənzil-Kommunal İstismar Sahəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.