Azərbaycan prezidenti İlham Əliyev fəxri adlara görə aylıq təqaüdlərin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” 2005-ci il 4 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2018-ci il martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 150 manat, “Əməkdar” fəxri adı üçün 100 manat müəyyən edilib.