Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışı olub.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev M. Əliyevaya məruzə edib. Birinci vitse-prezident yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsib.

M. Əliyeva hərbi vətənpərvərlik sinfində I kurs - 5-ci sinifdə təhsil alan kursantlarla görüşüb. Kursantlar M. Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər.

Birinci vitse-prezident kursantlara dərslərində uğurlar, Vətənə layiqli övlad olmaları və gələcəyin peşəkar zabiti kimi yetişmələrini arzulayıb.

Azərbaycan prezidentinin 2014-cü ildə imzaladığı fərmana əsasan, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilib.
Mehriban Əliyeva DSX Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışında iştirak edib

VİDEO