Leqal.Info

SON DƏQİQƏ

16:04 - Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması artıq başa çatmaq üzrədir

15:15 - Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib - FOTO

13:52 - Gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir - Prezident İlham Əliyev

07:11 - Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır - Senator

20:58 - Prezident Əli Həsənova yeni vəzifə tapşırdı

20:43 - Nazirdən şəhid vərəsələri ilə bağlı daha bir - Açıqlama

19:00 - İmmuniteti gücləndirən, iltihabı azaldan, orqanizmi təmizləyən faydalı içki - Qədim resept

18:43 - Satıcıları döydüyü deyilən müğənni danışdı

18:32 - FIFA Türkiyə klubuna transfer qadağası qoydu

18:16 - Prezident avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsi təltif edib - SİYAHI

17:32 - Bakı Şəhər İcra Hakimiyyətinə yeni sözçü təyin olunub

17:19 - Səudiyyə vəliəhdinin müşaviri Camal Qaşıqçının cinayəti ilə bağlı istintaqa cəlb edilib

16:55 - Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM

16:00 - Bakıda direktor müavini barəsində ikinci dəfə cinayət işi başlanılıb

15:54 - Faiq Ağayev deputatlığa namizədliyini verərək xalqın dəstəyini sınaya bilər - Milli Məclisin komitə sədrləri

Baş redaktorun valideynləri prezidentə müraciət etdi

Baş redaktorun valideynləri prezidentə müraciət etdi
12-03-2018, 12:59 38 295 dəfə baxılıb

"Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin valideynləri Prezident İlham Əliyevə müraciət edib.

Leqal.info Unikal.org-a istinadən xəbər verir ki, zəngilan rayonundan məcburi köçkün düşmüş 12 uşaq anası, qızıl medallı qəhrəman ana Vəliyeva Ərkinaz Abdulla qızı tərəfindən ünvanlanan müraciəti təqdim edirik:
"Hörmətli Cənab Prezident, Azərbaycanın fəxri, Sizi növbəti dəfə prezidentliyə namizəd olmağınız münasibəti ilə təbrik edirəm. Bütün analar və ağbirçəklər adından Sizə uğurlar arzu edirəm. Ana müqəddəsliyinin toxunulmaz olduğu hamımıza bəllidir. Mənim arzum Sizin növbəti dəfə prezident seçilməyinizdir. Siz Ulu Öndər Heydər Əliyevin memarı olduğu Azərbaycanımızı son illərdə daha da inkişaf etdirmisiniz. Azərbaycan müstəqillik əldə etdikdən sonra keçirilən prezident seçkilərində Sizə və atanıza səs vermişik. Cənab Prezident Siz xalqın bütün ümidlərini doğrultmusunuz. Biz Sizi növbəti dəfə öz prezidentimiz, liderimiz kimi görmək istəyirik. Mən əminəm ki, xalqımız Heydər Əliyevin layiqli davamçısına yekdilliklə səs verib onu prezident seçəcək. Mən ailə üzvlərim və yaxın qohumlarım qarşıdan gələn prezident seçkilərində iştirak edib səsimizi Sizə verəcəyik. Bizim dəyişilməz namizədimiz Sizsiniz.

Cənab Prezident biz Sizin necə humanist və xeyirxah insan olduğunuzu çox gözəl bilirik. Mənim oğlum, "Gündəlik Bakı” qəzetinin baş redaktoru Vəliyev Habil Allahverdi oğlu 2016- cı ildə həbs edilmişdir. Cənab Prezident diqqətinizə çatdırmaq istəyirəm ki, oğlum hər zaman dövlətə və dövlətçiliyə eyni zamanda Sizə xidmət edib və sadiq olub. Oğlum daim ictimai fəallığı ilə seçilib və Sizin, yəni iqtidarın siyasi kursunu daim dəstəkləyib. O, ali hüquq təhsillidir və 20 ildən çoxdur ki, seçki məntəqəsinin sədridir. Yeni Azərbaycan Partiyasının ilk üzvlərindəndir. Müstəqil Azərbaycanımızın ilk zabitlərindəndir və keçmiş döyüşçüdür. 25 ildir ki, Yasamal rayon Veteranlar Birliyinin Sədridir. O, bütün varlığı ilə öz dövlətinə və onun başçısına bağlıdır. Oğlum bu gün də sizin əsgərinizdir.

Cənab Prezident, oğlumun həbsi mən və 82 yaşlı iflic xəstəsi olan atası başda olmaqla ailə üzvlərinə və yaxın qohumlarına pis təsir edib. Həyat yoldaşı ağır xərçəng xəstəsidir. Ailəmin tək dolanışığı oğlumdan asılıdır.

Hörmətli Prezident mart ayının 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə oğlumun məhkəməsi baş tutacaq. Bu işdə heç bir şikayətçi və zərəçəkən yoxdur, heç bir maddi-mənəvi ziyan yoxdur, hətda cinayət işi materiallarında adı keçən zərərçəkmişlər belə rəsmi qaydada məhkəməyə ərizə ilə müraciət edib bildirmişlər ki, xahiş edirik Vəliyev Habil Allaverdi oğlunun həbsdən azadlığa çıxmasını təmin etsinlər.

Cənab Prezident Sizdən başqa ümid yerimiz yoxdur. Qəhrəman ana olaraq Sizdən xahiş edirəm ki, səlahiyyətlərinizdən, verdiyiniz fərman və sərəncamlardan istifadə edərək bayram ərəfəsində oğlum Vəliyev Habil Allaverdi oğlunun ailəmizə qovuşmasına kömək edəsiniz.

Allah Sizi Azərbaycan xalqına çox görməsin. Allah Ulu Öndərimiz Heydər Əliyevə, həmçinin anamız Zərifə xanım Əliyevaya, şəhidlərimizə rəhmət eləsin.

Əvvəlcədən Sizə dərin təşəkkürümü bildirirəm”.
Baş redaktorun valideynləri prezidentə müraciət etdi


www.leqal.info

Teqlər: Baş redaktorun valideynləri prezidentə müraciət etdi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI