Bu gün Vetenperverler.az Xəbər Portalına Ağdam rayon sakinindən inanılması mümkün olmayan məlumat daxil odu.

Məlumata əsasən Ağdam rayon sakini Məmmədov Elgün Natiq oğlu sağ olduğu halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam Şöbəsi onu ÖLÜ kimi təqdim edib.
Belə ki, Ünvanlı Sosial Yardımı kəsilən Ağdam rayon sakini E. Məmmədiov sözü gedən idarəyə müraciət edib. İdarə rəsmisi ona yardım ala bilməməsinin səbəbini onun ölməsi ilə əsaslandırıb. Yəni idarədən Elgün Məmmədovun diri oduğu halda ölü kimi sosial yardımdan məhrum edilməsini vətəndaşa bildirilmişdir.
Bu halla bağlı Vetenperverler.az-a üz tutan Ağdam sakini bildirir ki, 2017-ci ilin əvvəllərindən Ünvanlı Sosial Yardım alır. Bu ilin əvvəlindən isə ona təyin olunmuş Sosial Yardım kəsildiyi üçün Ağdam DSMF-sinə müraciət etmişdir. Ağdam DSMF-sinin rəsmisi Sosial Yardımın kəsilməsinə səbəb kimi onun vəfat etməsini göstərmişdir. İdarənin bu cavabından ŞOK yaşayan Elgün Məmmədov bildirdi ki, sağ salamat olduğum halda necə ola bilər ki, ölü kimi yardımım kəsilsin? DSMF rəsmisi vətəndaşın bu sualına da onun Ağdam DSMF-sində ölü kimi qeydiyyatda olmasına dair rəsmi sənəd göstərmişdir. Bu fakta istinadən ehtimal etmək olar ki, Ağdam DSMF-də neçə-neçə diri ikən ölülər və ölü ikən dirilər var.? Artıq göründüyü kimi Ağdam rayon DSMF-nun aidiyyatı qurumlar tərəfindən ciddi yoxlamalara ehtiyacı var.
Bu halla bağlı araşdırmaya başlayan Vetenperverler.az-ın araşdırma qrupu çox maraqlı faktlar əldə etdi.
AĞDAM DSMF-si sağ adamı necə "ÖLÜ" etdi?
Təqdim etdiyimiz FOTO Faktdan da göründüyü kimi Ağdam rayon sakini Elgün Məmmədovun Ünvanlı Sosial Yardımının kəsilməsi səbəbi onun ölümüdür. Lakin vətəndaş and-aman edir ki, o ölməyib və hal hazırda sağdır.
AĞDAM DSMF-si sağ adamı necə "ÖLÜ" etdi?
Vetenperverler.az olaraq məsələnin aktuallığını nəzərə alıb aidiyyatı qurumların diqqətini bu hala yönəltmək istəyirik.
Faktla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi cavabını gözləyirik. Məsələ diqqətimizdədir.