Bakı Nəqliyyat Agentliyi Real TV-də bir sıra məqamlara aydınlıq gətirdi

Bir neçə gün əvvəl prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin publik hüquqi şəxs kimi nizamnaməsini təsdiq edən fərman imzaladı. Bununla da Agentliyin daha səmərəli işləməsi üçün ciddi bir hüquqi baza yarandı.


Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına dair toplantısında da prezident vurğuladı ki, ümumilikdə şəhər nəqliyyatının təşkili koordinasiyalı olmalıdır. Və burada bütün digər qurumlar bir-birinə dəstək olmalıdır.

Ekspertlərin fikrincə Paytaxt Bakıda nəqliyyatın idarə olunmasındakı mövcud problemlər, agentliyin səlahiyyətlərinin artırılması fonunda həll oluna bilər.

Hesab olunur ki, Bakı Nəqliyyat Agentliyinin nizamnaməsinin təsdiq olunması və səlahiyyət çərçivəsinin genişlənməsi müəyyən mənada problemləri həll etmiş olacaq. Bu necə baş verəcək?

Qeyd edilən məsələ və digər maraqlı məqamlarla bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Real Vaxt” verilişinin qonağı olarkən aydınlıq gətirib.

Daha ətraflı müsahibədə tanış ola bilərsiz.

VİDEO