Tovuzlu məktəblinin etdiyi hərəkətlər hər kəsə örnək olub. Rayonun Əyyublu kəndində yaşayan 8-ci sinif şagirdi yol ilə gedərkən tapdığı pul qabını yaxınlıqdakı mağazanı işlədən şəxsə təqdim edib.Pul qabının içində isə 2 min manata qədər pul olub.

Tapdığı böyük məbləğdə pulu sahibinə verdi. 15 yaşlı məktəblinin etdiyi hərəkət böyük rəğbətləqarşılanıb.

Maraqlı hadisə Tovuzda baş verib. Rayonun Əyyublu kənd sakini 8-ci sinif şagirdi İdris Abbasov məktəbdən qayıdarkən İnşaat malları mağazasının qarşısından portmatan tapıb. Pul qabınıaçarkən içində xeyli pul və sənədlər olduğunu görüb. Yeniyetmə taapdığı pulları sənədlər və pul qabı ilə birlikdə yaxınlıqdakı obyektin sahibinə təqdim edib.

Uşağın bu hərəkətini yüksək qiymətləndirən mağaza sahibi məktəbliyə etdiyi jestə görə mükafat qismində pul təklif etsə də, İdris Abbasov bundan imtina edib.

Pul qabını itirən isə elə həmin kəndin sakini Nicat Əhmədov adlı gənc olub.

İdris Abbasovun jesti kənd sakinləri tərəfindən də böyük maraqlavə rəğbətlə qarşılanıb, bəyənilib. © xezerxeber.az

VİDEO