Kənd təsərrüfatı naziri İnam Kərimov “ASAN Xidmət”in daha üç əməkdaşını nazirlikdə vəzifəyə gətirib.

Leqal.info Modern.az-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Sarvan Elxan oğlu Cəfərov nazirin köməkçisi vəzifəsinə təyin olunub. O, buna qədər “ASAN Xidmət”də də sədrin köməkçisi vəzifəsində çalışıb

Bundan başqa, İlhamə Qədimova nazirliyin Hüquq şöbəsinin müdiri təyin olunub. O, isə daha öncə “ASAN Xidmət”də Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə gün əvvəl “ASAN Xidmət”in 5 işçisi Kənd Təsərrüfatı Nazirliyində təyinat almışdılar. Onlar 3 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Adil Qasımov, ASAN Xidmətin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev və ASAN-ın mətbuat xidmətinin rəhbəri Anar Hüseynovdur.