Son günlər bəzi taksi sürücüləri asan yolla pul qazanmağı özlərinə peşə seçiblər. Onlar ölkəyə gələn turistlərə ''yem'' gözündə baxırlar. Xarici ölkə vətəndaşı olmalarından istifadə edib onlardan dəfələrlə çox pul tələb edirlər. Bəs bu fırıldaqların bir sonu olacaqmı? Ümumiyyətlə belə taksi sürücülərini hansı qurum cəzalandırmalıdır ?

Ölkəmizə gələn turistlərin çoxalması taksi fırıldağlarının sayını da artırıb.

Bəzi dırnaqarası taksi sürücüləri turistlərə sözün əsl mənasında ''yem'' gözündə baxırlar.

Sosıal şəbəkələrdə yayılan məlumatlara görə bəzi taksi sürücüləri turistlərə dəfələrlə baha qiymətə xidmət göstərir. Şəhər daxilində turistlərdən 100 dollardan artıq xidmət haqqı alan taksi sürücüləri də var. Halbuki həmin qət edilən məsafənin qiyməti 10-15 manat arasında dəyişir.

Turist sayının günü-gündən artığı bir vaxtda taksi sürücülərinin turistlərə qarşı belə hərəkətləri bir mənalı olaraq yol verilməzdir.

Ölkədə turizmin inkişafına ciddi mane olan bu kimi hallara yol verən taksi sürücüləri öz həmkarları tərəfindən də qınanır.

Bəs bu taksi fırıldağlarının bir sonu olacaqmı? Ümumiyyətlə bu halların qarşısını almaq üçün nəzarət mexanizmi varmı?

Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, belə halların qarşısını almaq üçün ciddi marifləndirici tədbirlərin aparılmasına ehtiyac var. Həmçinin konkret olaraq həmin şəxslər müəyyən edilərək cəzalandırılmalıdır.

Ekspertlər bildirir ki,belə halların qarşısını almaq üçün mütləq taksilərdə taksometr olmalıdır. Bu təcrübə aparıcı ölkələrin əksəriyyətində tətbiq edilir. Bu taksi sürücüsü ilə müştəri münasibətlərinin tənzimlənməsində olduqca effektli bir üsuldur. Ancaq sözügedən mexanizm ölkəmizdə tam şəkildə tətbiq edilməyib.

Huquqşunas Xəyal Bəşirovun sözlərinə görə əyər vətəndaşlar 100- manata qədər aldadılıbsa o zaman fiziki şəxslər 350 manatdan -500 manatadək,vəzifəli şəxsləri 1500 manatdan 2 000 min manata, huquqi şəxslər isə 4 mindən 6 min manata qədər cərimə edilə bilər..Əgər aldatma 300 manatdan artıq olarsa o zaman həmin taksi sürücüləri cinayət məsuliyyətinə cəlb edilə bilər...

Hazırda ölkədə taksilərə nəzarət Bakı Nəqliyyat Agentliyi tərəfidən həyata keçirilir. Məsələ ilə bağlı onların da fikirini öyrənmək istəsək də bu mümkün olmadı. © xezerxeber.az

VİDEO