Yasamal rayonunda abadlıq-quruculuq işləri aparılır. Bu çərçivədə Yeni Yasamal massivindəki park yenidən qurulur, yaxınlıqdakı binaların fasadları dəyişdirilir, eləcə də hərəkətin intensiv olduğu əsəd əhmədov küçəsi də təmir edilir. Abadlıq işləri bundan sonra da davam etdiriləcək.

Binalar təmir edilir, park yenidən qurulur. Yollar da genişləndirilir.

Ərazidə ağır texnika və fəhlələr işləyir. Görüntülər Paytaxtın Yasamal rayonunda aparılan yenidənqurma abadlıq işlərindəndir

Rayon icra hakimiyyəti tərəfindən həyata keçirilən abadlıq və quruculuq işləri sürətləndirilib

Yeni Yasamal yaşayış massivindəki istirahət parkı əvvəllər baxımsız vəziyyətdə idi. Hazırda parkın yenidən qurulması həyata keçirilir.Layihəyə əsasən 13500 kvadrat metr ərazidə abadlıq işləri aparılacaq, 6000 kvadrat metr sahədə yaşıllıqlar salınacaq.Parkda iaşə obyektləri,eləcə də idman və uşaq əyləncə elementləri təşkil ediləcək.

Parkın yaxınlığında yerləşən 4 ədəd 2 girişli 9 mərtəbəli yaşayış binalarının fasadlarının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

Yenidənqurma işləri çərçivəsində Əsəd Əhəmədov küçəsi genişləndirilir. İlk növbədə əsəd əhmədov küçəsinin xarici dairəvi yoldan başlayaraq Şərifzadə küçəsinə qədər olan hissəsi təmir edilir.Ətrafında 4 məktəb 1 dövlət və 3 özəl baxçanın yerləşdiyi bu küçə yeni yasamal yaşayış massivi sakinlərinin əsas istifafadə yolu olduğuna görə daim sıxlıq müşahidə edilir.

Yolun yenidən qurulması ilə bağlı 4 zolaqlı hərəkət təşkil ediləcək.Küçədə yerləşən 18 fərdi evin kçürülməsi nəzərədə tutulub. © xezerxeber.az

VİDEO