Valideyn müəlliminin onun övladını döydüyünü iddia edir. İddialara görə, valideyn hətta uşağın oxuduğu sinfi dəyişsə də, yenə onun uşağına şiddət tətbiq edilir.

2-ci sinif şagirdi Suqracan Hüseynovanın valideynləri iddia edir ki, övladları məktəbdə müəllimi tərəfindən döyülüb.

Şagirdin anası Dilarə Hüseynovanın iddiasına görəbu hadisədən sonra qızının sinifini dəyişib. Lakin müəllim ədavətini davam etdirib.

Hadisənin təfərrüatlarını araşdırmaq üçün Təhsil Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, iddialar ciddi araşdırılacaq və bundan sonra hadisə ilə bağlı açıqlama veriləcək və araşdırmaların nəticələrinə müvafiq olaraq da tədbirlər görüləcək.

VİDEO