Bakı və Abşeron yarmadasında iyunun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 24-27° isti, gündüz 35-39° isti olacağı gözlənilir.

Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) arabir güclənən şimal-qərb küləyi əsəcək və dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək. Abşeron çimərliklərində davam edən anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında (11-dən 17-dək) günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.