“Bakıda Milli Gimnastika Arenasını çox bəyəndim”.

Bunu Trend-ə bədii gimnastika üzrə "GymBala" beynəlxalq turnirində 2008-ci il təvəllüdlü gimnastlar arasında sərbəst yarışlarda ikinci yeri, halqa ilə hərəkətlər və çoxnövçülükdə üçüncü yeri tutan ukraynalı gimnast Anastasiya Korotnanskaya deyib.

O qeyd edib ki, Milli Gimnastika Arenasının böyük zalı və hündür tavanı var: "Bu, Bakıya ilk səfərimdir. Bir az şəhəri gəzmişəm. Bakı çox gözəldir”.

Ukraynalı gimnast "GymBala" beynəlxalq turnirində mükafat qazansa da, çıxışından elə də razı qalmayıb:

“Öz çıxışımdan elə də razı deyiləm, səhvlər var idi. Məşqçi daha yaxşı işləməli olduğumu bildirdi”.