Bakıda ərəblərdən daha bir gözlənilməz hərəkət - Otelə maşının baqajında getdilər
03 Sentyabr 2018, 14:33 1172


Bakıya gələn ərəblər turistlər yenə qəribə hərəkətləri ilə diqqət çəkiblər.

BakuPost xəbər verir ki, ərəblər bu dəfə avtomobilin baqajına miniblər və müəyyən məsafəni baqajda gediblər.

Bu barədə "Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib. O, bu gün 2 ərəbin "Mercedes” markalı maşının baqajından düşdüyünü gördüyü qeyd edib: "Qafqaz otelin yanında bir "Mercedes” dayandı. Az qala yerlə süründüyünə görə diqqətimi çəkdi. Maşının içindən 6 nəfər ərəb endi. Sonra sürücü baqajı açdı, oradan da daha 2 ərəb çıxdı”.

Məlumat üçün bildirək ki, bu ərəblərin Azərbaycanda etdikləri ilk qəribə hərəkət deyil. Belə ki, Bakıya gələn ərəb turistlərdən biri günorta saatlarında təbii ehtiyacını "Prado” markalı avtomobilin arxa hissəsinə ödəmişdi. Onun bu hərəkəti tənqid edilmişdi.

Daha sonra isə Şəkiyə gedən ərəb turistlərdən biri məşhur otelin hovuzunu nəcislə batırmışdı. O buna görə 500 manat cərimə ödəmişdi.