“Azərpoçt” MMC-nin Risklərin idarə edilməsi şöbə rəisi Rauf Dünyamalıyev işdən çıxıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, eyni zamanda qurumun əməkdaşları Aytən Osmanzadə və İlkin Ramazanlı da öz ərizələri ilə işdən çıxıb.

Qeyd edək ki, hər üç şəxs öz ərizəsi ilə, yeni iş yeri seçdiklərini əsas gətirərək tutduğu vəzifələrdən azad olunmalarını rəhbərlikdən xahiş ediblər.