Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Lənkəran şəhərində vətəndaşları qəbul edib.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəbulda bölgədə yerləşən - Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Səfər Mehdiyev Lənkəranda