Sentyabrın 29-u Dünya Ürək Günüdür.

Leqal.info xəbər verir ki, 1999-cu ildən etibarən Dünya Ürək Federasiyasının təşəbbüsü ilə keçirilən bu günün təsis olunmasına Dünya Səhiyyə Təşkilatı, YUNESKO və digər beynəlxalq qurumlar da dəstək olub.

Bu il Dünya Ürək Günü “Mənim ürəyim, sənin ürəyin” şüarı altında və ürək-damar xəstəliklərinin epidemiyası təhlükəsini ictimaiyyətə çatdırmaq və məlumatlandırmaq, bu sahədə profilaktika işlərinin genişləndirilməsi məqsədilə keçirilir.

2011-ci ildən etibarən hər il Dünya Ürək Günü dünyanın 100-dən çox ölkəsində qeyd edilir.

Qeyd edək ki, hər il dünyada 17 milyondan çox insan ürək-damar xəstəlikləri səbəbindən vəfat edir. Bu xəstəliklərin yaranması əsasən yüksək təzyiq, qanda xolesterin və qlükozanın qeyri stabil səviyyədə olması, qidalanma zamanı təbii mənşəli vitaminlərin azlığı, piylənmə və ekoloji vəziyyətin pisləşməsi ilə əlaqələndirilir. (Qafqazinfo)