Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihəyə - “Sabahın xeyir, Azərbaycan” videolayihəsinə start verilib. Hər səhər müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, xüsusilə gənc soydaşlarımız videoçarxlar vasitəsilə Vətəni - Azərbaycanı salamlayacaq.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, layihənin məqsədi dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir.

Diaspor gənclərinin böyük marağına səbəb olan videoçarxları Dövlət Komitəsinin rəsmi sosial şəbəkə (httpss://www.facebook.com/AzDiaspora/, httpss://twitter.com/DiasporaAz, httpss://www.instagram.com/diasporaaz/) ünvanlarından və Diaspor TV-dən izləmək mümkündür.