Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1939-cu il təvəllüdlü yerli sakin Xanlar Bayramov rayonun Mollacəlili kəndində ehtiyatsızlıqdan naqilə toxunub.

Nəticədə cərəyan onu vuraraq öldürüb. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Bundan əvvəl Göygöl rayonunda mebel sexində yanğın baş verib.