Sutka ərzində Bakının Xətai rayonunun bir hissəsinə (Qara şəhər adlanan ərazi, N.Rəfiyev, N.Əliyev, S.Orucov, M.Mehdizadə, Xocalı küçələri) içməli suyun verilişində fasilə olacaq.

Bu barədə "Leqal.info"ya "Azərsu" ASC-dən bildirilib.

Qeyd edilir ki, buna səbəb magistral kəmərdə baş vermiş qəzadır.