"Leqal.info"nun "Report"a istinadən məlumatına görə, rayonun Albalan kəndi ərazisində idarəetməni itirən "Chevrolet" markalı minik avtomobili yaxınlığındakı su kanalına düşüb.
Hadisə nəticəsində Sadatlı kənd sakinləri - 1958-ci il təvəllüdlü sürücü Eynullayev Təvəkkül Mehdi oğlu və 1991-ci il təvəllüdlü sərnişin Eynullayev Sahib Sabir oğlu xəsarət alıb. Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Samux rayonunda yol qəzası baş verib.