Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Leqal.info"nun "Report"a istinadən məlumatına görə, rayonun Çobanabdallı kənd ərazisində qeydə alınıb.

Samux rayon sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Svetlana Hüseyn qızı avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.