"İş adamlarını yaz fəslində planlaşdırılan ağac əkmə kampaniyasına qoşulmağa dəvət edirik".

Leqal.info "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə dialoq zamanı nazir müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, yaz əkin kampaniyaları ilə bağlı kifayət qədər ting var: "Bu il keçirilən payız əkin kampaniyası zamanı 100 min ağac əkildi. Belə kampaniyalar davamlı olaraq həyata keçiriləcək".