Bakı şəhərinin Qaradağ rayonunda “Daewoo” markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub.

Leqal.info “Report”a istinadən xəbər verir ki, nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1957-ci il təvəllüdlü Qəniyev İsrail Əvəz oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.

Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Daha əvvəl Lənkəranda təkəri partlayan maşın qəza törədib.