Salyan rayonunda Neftçala sakini ürəktutmadan dünyasını dəyişib.

“Leqal.info” xəbər verir ki, Neftçala rayonunun Xolqarabucaq kənd sakini, 1949-cu il təvəllüdlü Əliyev Məhəmməd Nəcəfalı oğlu avtomobildə olan zaman, sürücü maşını yudurtmaq üçün Şorsulu kəndindəki avtomobilyuma məntəqəsinə gətirib.

Avtomobil yuyulan zaman Məhəmməd Əliyevin qəfil halı pisləşib və elə oradaca dünyasını dəyişib. M. Əliyevin ürəktutmadan keçindiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.