Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonunun Çiləgir kəndi ərazisində köküstə yaş müxtəlif cinsli 9 ağacın kəsildiyi aşkar edilib.

Nazirliyin Mətbuat xidmətindən "Leqal.info"ya verilən xəbərə görə, araşdırma zamanı ağacların sözügedən kənd sakini Nəriman İsgəndərov tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2950 manat məbləğində cərimə tətbiq edilib.