Hüquqşünas Adəm Məmmədov yenidən vəkil fəaliyyətinə qayıdıb.

Bu barədə "Report"a açıqlamasında o özü məlumat verib.

"Prezident İlham Əliyevin 2019-cu ilin 3 aprel tarixli məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqındakı son fərmanı məni bir neçə ay bundan əvvəl peşəkar vəkillik fəaliyyətimi dayandırmaq barədə qəbul etdiyim qərara yenidən baxmağa vadar etdi. Vəkillik fəaliyyətimə aktiv olaraq qayıdıram", - deyə A.Məmmədov bildirib.