Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri tibb müəssisələrində vətəndaşların qəbuluna başlayır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Leqal.info-ya verilən məlumata görə, bu gün Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşların qəbul edəcək.

Qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər.