Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Leqal.info"ya verilən məlumat görə, iclasda cəzaçəkmə müəssisələrində alt komissiyaların qəbul etdikləri müxtəlif protokollardan müəssisə rəislərinin şikayətləri dinlənilmiş, həmçinin komissiyanın narazılıqla qarşılanan qərarları sədr tərəfindən üst komissiyanın müzakirəsinə çıxarılıb.
Toplantının sonunda komissiya zamanı rast gəlinən müxtəlif çatışmazlıqların qaydalarda əks etdirilməsi üçün təkliflər irəli sürülmüş və qarşıda duran vəzifələr müzakirə edilib.