“Məlum olduğu kimi bu il dövlət büdcəsindən bələdiyyələr üçün 1 mln manat subvensiya ayrılıb. Siz çalışmalısınız ki, aldığınız subvensiyalardan səmərəli istifadə edərək bələdiyyələrə dayanıqlı gəlir gətirə biləcək və yerli əhalinin mənafelərinə xidmət edən istehsal sahələri və xidmət müəssisələri yaradasınız. Bu məqsədlə real layihələri müzakirə edib Milli Assosiasiya vasitəsilə Maliyyə Nazirliyinə müraciət etməli, bu işdə maksimum təşəbbüskarlıq və fəallıq nümayiş etdirməlisiniz. Bir daha bələdiyyə sədrlərinə müraciət edərək bildirirəm ki, dövlətin bu əvəzsiz qayğısından düzgün faydalana bilsinlər”.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Prezidenti Administrasiyasının Ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov Binəqədi rayonunun Binəqədi Mədəniyyət Mərkəzində keçirilmiş Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və Masallı Rayon Mədəniyyyət Mərkəzində keçirilmiş Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncaqlarında söyləyib.

Həmçinin bildirib ki, yerli özünüidarə orqanlarının büdcə gəlirləri və fəaliyyətləri barədə məlumatlarda əvvəlki illərə müqayisədə artım müşahidə edilməmişdir. Müəyyən işlər görülüb, lakin, bunlarla kifayətlənmək olmaz.

Məsələnin aktuallığına diqqət çəkən Emin Eyvazov Bələdiyyələrin maliyyə-iqtisadi potensialının artırılması imkanlarından danışarkən bildirib ki, bələdiyyələrin 19 ildən artıq bir müddətdə fəaliyyət göstərmələrinə baxmayaraq bir çox bələdiyyələr mövcud potensiallarından tam şəkildə yararlanmır, bəzi bələdiyyələrimiz isə hələ də vergi və ödənişlərlə bağlı müfəssəl uçot sistemini qura bilməyiblər.

Əvvələr tədiyyəçilərin uçota alınmasında, vergi və ödənişlərin düzgün hesablanması və tədiyyəçilərə bildirişlərin çatdırılmasında, eyni zamanda aidiyyatı statistik məlumatlrın operativ hazırlanmasında çətinliklər olduğu halda, hal hazırda bu çətinliklər Milli Assosiasiyaların dəstəyi ilə bələdiyyələrin istifadəsinə verilmiş BAMS proqramı vasitəsi ilə aradan qaldırılmışdır. Hesab edirəm ki, yerli vergi və ödənişlər üzrə uçot sisteminin yaradılması işinə bütün bələdiyyələr ciddi yanaşmalı və bu proses başa çatdırılmalıdı.

Ümumi Yığıncaqlarda E. Eyvazov bələdiyyə mülkiyyətində reklam daşıyıcılarının yerləşdirilməsi ilə bağlı ödənişlərin yığılmasındakı çətinliklərə də aydınlıq gətirmiş və bələdiyyələrin qanunvericiliklə onlara yaradılmış imkanlardan tam istifadə edə bilməmələrini xüsusi olaraq vurğulayıb. O, eyni zamanda bəzi bələdiyyələrdə özlərinin səhvi nəticəsində DSMF-yə yaranan əsassız borclarla bağlı tənqidi fikirlərini də bildirib.

“Belə məlum olur ki, bəzi bələdiyyələr Qanunda olan yeni dəyişiklikləri izləmirlər, ona görə də bələdiyyə üzv və qulluqçuların peşə hazırlığının artırılması, onların maariflənməsi daim diqqət mərkəzində saxlanmalıdı.

Nəzərə almaq lazımıdır ki, bu ilin sonunda növbəti dəfə bələdiyyə seçkiləri keçiriləcəkdir. Seçkilərinin demokratikliyinə təsir edən ən mühüm amillərdən biri də bu qurumların cəmiyyətdə nüfuzlu olmasıdır. Ona görə də bələdiyyə sədrləri daha məsuliyyətli olmaqla işlərində ciddi dönüş yaratmalıdırlar” deyə E. Eyvazov vurğulayıb.
“Bəzi bələdiyyələr yeni dəyişiklikləri izləmir...”
“Bəzi bələdiyyələr yeni dəyişiklikləri izləmir...”
“Bəzi bələdiyyələr yeni dəyişiklikləri izləmir...”
“Bəzi bələdiyyələr yeni dəyişiklikləri izləmir...”
“Bəzi bələdiyyələr yeni dəyişiklikləri izləmir...”
“Bəzi bələdiyyələr yeni dəyişiklikləri izləmir...”
“Bəzi bələdiyyələr yeni dəyişiklikləri izləmir...”
“Bəzi bələdiyyələr yeni dəyişiklikləri izləmir...”