Daxili işlər orqanlarında daha bir təyinat olub.

Leqal.info-nun Unikal.org-a istinadən əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Atif Həsənov Ağcabədi Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

Sözügedən xəbəri Ağcabədi Rayon Polis Şöbəsindən təsdiqləyiblər.

Qeyd edək ki, A.Həsənov bundan əvvəl Yevlax Rayon Polis şöbəsi rəisinin xidmət üzrə müavini olub.