Leqal.Info

SON DƏQİQƏ

23:24 - FHN Şirvanda şadlıq evində zəhərlənmə haqqında - məlumat yayıb

22:29 - Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır - Leyla Abdullayeva

19:49 - Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə - telefonla zəng edib

19:46 - Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

18:19 - “Azəristiliktəchizat” “Azəriqaz”a borcunu - hələ də ödəmir

18:12 - Müxtəlif şəxslərə vurulan ziyanın 17 milyon manatdan artığı ödətdirilib - Bakı prokurorluğu

16:12 - Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə rüblük hesabat formaları dəyişdirilib

11:46 - "Azərbaycanda qaçqın statusu almaq istəyən xaricilərin sayı artıb" - DMX rəisi

11:37 - Ukrayna prezidenti övladlarına atalarının vəzifəsi ilə öyünməyi - qadağan edib

19:36 - DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışı mərasimi keçirilib - FOTOLAR

18:12 - "Böyrəyimi 10 min manata satırdım, qan qrupum uyğun gəlmədi" - Zərərçəkmiş

17:59 - "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli Xəzər dənizinin sahilini hasarladığına görə cərimələnib - EKSKLÜZİV

16:27 - Angela Merkel himni yenə - oturaraq dinləyib

16:18 - Rusiyanın Ermənistandakı bazası - cərimələnib

14:19 - Sabiq icra məmuruna - hökm oxunub

Azərbaycanda 9 May faşizm üzərində - Qələbə Günü qeyd olunur

Azərbaycanda 9 May faşizm üzərində
9-05-2019, 16:07 58 771 dəfə baxılıb

Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur.

XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.

Trend-in məlumatına görə, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər.

Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.


www.leqal.info

Teqlər: Qələbə günü

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI