Ali Məhkəmədə Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

"Leqal.info"nun xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.İsmayılovun kassasiya şikayəti təmin edilməyib.

Məhkəmə iclası mayın 22-nə təyin edilib.

İttiham aktına əsasən, E.İsmayılov tanışı olan Rəna Məmmədovanı (ad və soyad şərti) şantaj edərək pul tələb edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib, Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.