Leqal.Info

SON DƏQİQƏ

"Azərbaycanda ölümə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri birinci yeri tutur" - Həkim

8-06-2019, 13:17 67 015 dəfə baxılıb

"Dünyada 25-40 yaşlı insanlar arasında ürək xəstəliyi geniş yayılıb. O insanlar 50 il əvvəlki dövrlə müqayisədə, çox fərqli həyat tərzi keçirirlər".

"Leqal.info"nun xəbərinə görə, bunu ABŞ-ın Klivlend Klinikasının kardioloqu Murat Tuzcu deyib.

O qeyd edib ki, həmin insanlar günlərini ya televizor, ya da kompüter qarşısında oturaraq, hərəkət etmədən keçirirlər: "Bu, sonradan onların kökəlməsinə səbəb olur. Dünyada ürək xəstəliklərinin artmasının iki əsas səbəbi var. Ürək xəstəlikləri üçün ən önəmli risk faktoru yaşdır. Yaş artdıqca ürək-damar xəstəliklərinə məruz qalma riski artır. Digər səbəb həyat tərzimiz - çox yemək, fiziki hərəkət etməmək, kökəlməkdir. Bunlar olduğu zaman ürək xəstəliklərinin olması çox normaldır. Bundan başqa, stress, siqaret çəkmə, havanın çirklənməsi ürək xəstəliyi riskini yüksəldir".

Kardioloq deyib ki, 30-40 il əvvəl infarkt diaqnozu ilə xəstəxanaya gələn 3 nəfərdən biri dünyasını dəyişirdisə, indi 30 nəfərdən biri ölür: "Başqa sözlə, indi insanlar ürək xəstəsi olsalar da, uzun müddət həyatda qala bilirlər".

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin prezidenti Kamran Musayev bildirib ki, Azərbaycanda ürək xəstəliklərinin epidemiologiyası, rast gəlmə tezliyi üzrə göstəricilər dünyadakı nəticələrlə demək olar, eynidir: "Ürək xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər arasında ilk yeri tutur. Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara baxdıqda görmək olar ki, Azərbaycanda da eyni tendensiyalar müşahidə olunur. Təəssüf ki, Azərbaycanda da ölümə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri birinci yeri tutur. Kardiologiya sahəsində bu qədər böyük inkişafın baş verməsinə baxmayaraq, bu gün belə nəticələr var".


www.leqal.info

Teqlər: Murat Tuzcu, ürək-damar xəstəlikləri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI