Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb.

“Leqal.info”nun xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Ege” hospitalında qeydə alınıb.

Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.