Salyan rayonu ərazisində iki nəfər Kür çayında çimərkən boğulub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Leqal.info-ya məlumat verilib.

Bildirilir ki, 21.06.2019-cu il tarixində Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndindən keçən hissəsində batan şəxslərdən birinin, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir.