“Leqal.info” xəbər verir ki, bunu universitetin rektoru Mustafa Babanlı ötən illərin məzunları ilə keçirilən görüşdə deyib.
O bildirib ki, təhsil alan tələbələr qazandıqları bilik və təcrübə sayəsində mütəxəssis kimi formalaşırlar: “Ona görə də bu gün ADNSU-nu bitirmək bura daxil olmaqdan heç də asan deyil. Ali təhsil ocağının adını hər zaman uca tutduqlarına görə ötən illərin məzunlarına minnətdarlığımı bildirirəm. Son 4 ildə universitetdə elmi sahədə əldə olunan yeniliklər, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələr, dövlət və özəl müəssisələri ilə əməkdaşlıq bundan sonra daha geniş platformada davam etdiriləcək".