Leqal.Info

SON DƏQİQƏ

17:46 - Məişətdə maye qazdan istifadə edənlərin nəzərinə - Qiymət dəyişməyəcək

17:31 - Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin - tapşırığı ilə geri qaytarıldı

17:22 - Rusiyada deputat erməni-faşist Qaregin Njdenin xatirə lövhəsinin üzərinə - boya töküb

17:09 - Zahid Oruc Əli Əsədova - çağırış edib

21:50 - "Azərbaycan dünya miqyasında özünü çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyib" - Dövlət başçısı

21:39 - Prezident İlham Əliyev Şirvan, Zərdab, Suraxanı, Yasamal və Xətaiyə yeni təyin olunan icra başçılarını qəbul edib

17:51 - "Özünü müxalifət adlandıran antimilli və rəzil olmuş qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz" - Prezident İlham Əliyev

17:38 - "30-dan çox xarici vətəndaşın silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısı alınıb" - DTX Rəisi

17:26 - Prezident İlham Əliyev Zərdab rayonuna yeni icra başçısı təyin etdi - SƏRƏNCAM

17:11 - Prezident İlham Əliyev Şirvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin etdi - SƏRƏNCAM

16:52 - Prezident İlham Əliyev Suraxanı rayonuna yeni icra başçısı təyin etdi - SƏRƏNCAM

15:07 - Prezident İlham Əliyev Xətai rayonuna icra başçısı təyin etdi - SƏRƏNCAM

14:35 - Prezident İlham Əliyev Yasamal rayonuna yeni icra başçısı təyin etdi - SƏRƏNCAM

14:29 - Xose Bernardo və qardaşının bıçaqlanması ilə bağlı - cinayət işi başlandı

14:21 - Azərbaycanlı ailə Almaniyadan - deportasiya edilib

"Avqustun 11-də ölkədə güclü külək əsəcək" - Umayra Tağıyeva

9-08-2019, 16:54 119 484 dəfə baxılıb

Avqustun 9-u günün birinci yarısınadək Bakıda və Abşeron yarımadasında yağış yağıb.

“Leqal.info” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O qeyd edib ki, düşən yağıntının miqdarı Zabratda 6 mm (aylıq normanın 98 %-i), Bakıda 4 mm (aylıq normanın 66 %-i), Maştağada 4mm (aylıq normanın 52 %-i), Binədə 3 mm (aylıq normanın 49 %-i), Çilov adasında 2 mm, Sumqayıt, Pirallahı, Neft Daşlarında 1 mm olub. Digər rayonlarda, əsasən, zəif yağış qeydə alınıb.

U.Tağıyeva əlavə edib ki, Lerikdə 4 mm, İmişli, Mərəzədə 3 mm, Qazıməmməddə, Xaltanda 2 mm, Sabirabad, Cəfərxan, Yardımlı, Kişçay (Şəki), Sarıbaş, Şahdağ, Şabran, Oğuz, Zaqatala, Şəki, Altıağac, Xaçmaz, Qubada 1 mm olub: "Havanın temperaturu iqlim normasından 2-4 dərəcə aşağıdır. Sabah, avqustun 10-da hava mülayim isti keçəcək, yağmursuz hava şəraiti gözlənilir, zəif cənub-şərq küləyi əsəcək".

"Bakıda temperatur 35 dərəcəyədək yüksələcək. Avqustun 11-də isə yenidən güclü şimal-qərb küləyi gözlənilir. Küləyin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək çatacağı proqnozlaşdırılır. Gözlənilən güclü küləklə əlaqədar əhaliyə diqqətli olmağı tövsiyə edirik. Avqustun 11-də hava sərin keçəcək, temperatur 27 dərəcəyə yaxın olacaq" - deyə departament direktoru əlavə edib.


www.leqal.info

Teqlər: Umayra Tağıyeva, güclü külək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

12-11-2019
BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI