Leqal.Info

SON DƏQİQƏ

Qurban bayramı gününə olan hava proqnozu açıqlandı

Qurban bayramı gününə olan hava proqnozu açıqlandı
11-08-2019, 15:16 52 513 dəfə baxılıb

Azərbaycanda Qurban bayramının ilk gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Leqal.info"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti olacaq.

Bakıda gecə 22-24° isti, gündüz 29-31° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti,dağlarda gecə 14-19° isti, gündüz 21-26° isti təşkil edəcək.


www.leqal.info

Teqlər: Qurban Bayramı, hava proqnozu

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI