Leqal.Info

SON DƏQİQƏ

Avropaya atılmış “miqrant bombası” nə zaman partlayacaq? - TƏHLİL

Avropaya atılmış “miqrant bombası” nə zaman partlayacaq?
4-10-2016, 17:07 590 dəfə baxılıb

Son aylar Avropada miqrasiya problemin kəskinləşməsi müşahidə olunmur. Bu, hamını sevindirsə belə, prosesin yenidən “baş qaldırması” istisna deyil. Avropa ölkələri arasında bu barədə danışıqlar, işgüzar əməkdaşlıq, işgüzar hərəkətlər dayanmadan davam edir, Türkiyənin bu prosesdə faktiki olaraq “son sərhəd” adlana biləcək böyük rol oynaması hamı tərəfindən vurğulanır. Bir çox Avropa ölkələri buna görə Türkiyə ilə əməkdaşlığı yeni bir səviyyəyə qaldırmaq tərəfdarıdır, qaçqınların Avropada qəbul edilməsi təşəbbüskarı olan Almaniyada məsələ ilə bağlı siyasi qarşıdurmalar davam etsə də, proses gedir və sair. Amma bir məsələ maraqlıdır - miqrant problemi reallıqda hansı vəziyyətdədir?
İlk növbədə statistikaya müraciət etmək lazımdır. Statistika hər şeyi bildiyi kimi, bu problemi də bilir. Bu il ərzində Avropaya 309 min miqrant gəlib ki, bunun da əksəriyyəti (104 mini) Suriya vətəndaşıdır. İndi və bundan sonra təhlildə söhbət yalnız fövqəladə miqrasiyadan, qaçqınlıqdan gedəcək, adi, işgüzar, biznes və digər növ sağlam miqrasiyanın göstəricilərinə toxunulmayacaq. Çünki bu tip miqrasiya Avropa ölkələrini narahat etmir və hazırkı təhlilin mövzusu deyil.
Beləliklə, bu il Avropaya təkcə Suriyadan 100 mindən artıq miqrant gəlib, 38 minə yaxın miqrant Əfqanıstandan, 36 min nəfər İraqdan, 12 min Pakistandan Köhnə Dünyaya təşrif buyurub. Miqrasiyanın mənbəyi artıq maraqlı deyil, çünki məlumdur ki, Avropaya qaçqınlar əsasən Yaxın Şərq, Əfqanıstan, bir neçə Afrika ölkəsindən gəlir. Maraq doğuran məqam miqrantları qəbul edən ölkələrin durumudur. Çünki bu məsələ ilə bağlı Avropada mərkəzdənqaçma tendensiyaları, siyasi fikir ayrılıqları, Brexitə səbəbi olan proseslər müşahidə edilir. Qısa desək, Avropa İttifaqının rəhbərliyi tərəfindən qaçqınların müəyyən edilmiş kvotalar üzrə ölkələr arasında paylanması təşəbbüsü irəli sürülüb və bunda israr edilir. Bəzi ölkələr isə buna razı deyil və öz mövqelərindən imtina etmirlər. Miqrantların qəbulu baxımından ölkələrin sıralanması maraqlıdır:

Ölkə
2016-cı il (I rüb)
2015-ci il
Almaniya
179 780
476 620
İtaliya
22 595
84 085
Fransa
20 060
75 750
Avstriya
14 390
88 180
Böyük Britaniya
10 160
39 000
İsveç
9 165
162 550
İsveçrə
8 315
39 515
Macarıstan
7 185
177 135
Hollandiya
5 905
44 970
Belçika
5 740
44 760
Yunanıstan
5 595
13 205
Bolqarıstan
4 200
20 365
Danimarka
3 035
20 970
İspaniya
2 930
14 785
Polşa
2 625
12 190
Finlandiya
2 230
32 345
Norveç
980
31 145
Kipr
665
2 265
İrlandiya
550
3 275
Lüksemburq
515
2 505
Sloveniya
490
275
Çexiya
420
1 525
Portuqaliya
295
855
Rumıniya
230
1 260
Xorvatiya
180
210
İslandiya
130
345
Litva
45
315
Latviya
35
330
Slovakiya
20
330
Estoniya
10
230
Mənbə: Miqrasiya Siyasəti İnstitutu (Migration Policy Institute)
Ötən ilin göstəriciləri əyani vəziyyətin faciəyə yaxın olduğunu əks etdirir və başa düşmək asandır ki, niyə qısa müddət ərzində 1,4 mln. insanın Avropaya gözlənilməz axını böhran yaradıb. Xüsusən də, bəzi ölkələrdə vəziyyət fəlakət həddinə çatıb. Ən çox qaçqın qəbul edən 10 ölkə aşağıdakılardır:
Avropaya atılmış “miqrant bombası” nə zaman partlayacaq?
Avropaya atılmış “miqrant bombası” nə zaman partlayacaq?
Ötən il Avropaya köç edən miqrantların 88 faizi bu 10 ölkənin ərazisində yerləşdirilib. Həmçinin qeyd etmək lazımdır ki, bu ölkələr inkişaf etmiş, yüksək həyat səviyyəsinə malik ölkələrdir. Bir istisna var - Macarıstan. Beləliklə, heç də təəccüblü deyil ki, 180 minə yaxın qaçqını qəbul edən bu ölkə ötən ildən sonra sərt şəkildə qaçqınların qəbuluna qarşı çıxır. Bu il Macarıstan daha az miqrant qəbul edib. Ümumilikdə, bu ilin tendensiyası azalmaya doğru olsa da, azalma həcmi kiçikdir. Belə ki, əgər rüb ərzində qaçqınların sayı 309 min təşkil edibsə, illik həcmdə (tendensiya qalsa) bu göstərici 4 qat artaraq təxminən 1,2 milyona çatacaq ki, bu da ötən ilki böhran ilindən cəmi 14% azdır. Faktiki olaraq, bu vəziyyət heç kimi təəccübləndirməməlidir, çünki miqrantların əsas mənbələri olan bölgə və ölkələrdə müharibə və silahlı qarşıdurmalar səngimək bilmir.
Miqrasiya ilə bağlı Avropada vəziyyətin rəqəmli təhlilini davam etdirmək üçün daha bir maraqlı göstəriciyə fikir vermək lazımdır. Bu, mütləq say göstəricisi deyil, qəbul edən ölkənin əhalisinin sayına olan nisbi göstəricidir. Ötən il bu göstərici üzrə Macarıstan lider olub, burada yerli əhalisinin hər 1000 nəfərinə 18 miqrant düşüb. İkinci yerdə İsveç gedir (16,7):
Yerli əhalinin 1000 nəfərinə payına düşən miqrantların sayı
Avropaya atılmış “miqrant bombası” nə zaman partlayacaq?
Macarıstanın birinci yerdə olması təsadüfü deyil, çünki 10 milyona yaxın əhalisi olan bu ölkə 2015-ci ildə 177 min miqrant qəbul edib.
Hadisələrin indiki inkişafı onu göstərir ki, Avropa İttifaqının rəhbərliyinin miqrasiya böhranından çıxış yolu tapa bilməməsi fonunda ölkələr miqrantların qəbul edilməsindən birtərəfli imtina edir. Mütləq göstəricilər üzrə əsas yük Avropada miqrantların şərtsiz qəbul edilməsinin əsas təşəbbüskarı olan Almaniyanın payına düşür. Almaniya ötən il miqrantların ümumi sayının 34,2 faizini, bu ilin birinci rübündə isə 58,2 faizini qəbul edib. Payın bu il kəskin artması bir çox ölkənin, o cümlədən Macarıstanın miqrantları qəbul etməkdən imtina etməsi ilə bağlıdır. Almaniyaya gəlincə isə, ölkə rəhbərliyinin mövqeyi dəyişməz qalsa da, bu siyasətə etiraz olanların sayı dayanmadan artır ki, bu da vaxtaşırı qarşıdurmalara gətirib çıxarır. Vəziyyəti sakitləşmək üçün real ideya lazımdır, amma aydındır ki, Avropa İttifaqının miqrasiya böhranından çıxışı barədə nəinki razılaşdırılmış fikri, ümumiyyətlə resepti yoxdur. Hələlik yalnız bir ciddi addım atılıb ki, bu da bu il Türkiyə ilə imzalanan razılaşmadır. Razılaşmaya əsasən, Türkiyə Avropa gələn qeyri-leqal miqrantların bir hissəsini öz ərazisində məskunlaşdıracaq və ümumiyyətlə Yaxın Şərqlə Avropa arasında müəyyən mənada saxlayıcı bufer rolunu oynayacaq. Bundan başqa hələlik yeni bir resept meydana çıxmayıb.
Ötən ilin sonunda və bu ilin əvvəlində bəzi analitiklər, Avropada baş verənləri təhlil edərək, o cümlədən, bir sıra ölkələrdə miqrantlara qarşı əhali tərəfindən açıq ədavətin təzahürlərini, miqrantların bir çox hallarda yaşayış şəraitdən narazı olduğunu əsas götürərək, belə bir fikir səsləndirirdilər ki, miqrasiya dalğası təbii yolla azalacaq. Amma rəqəmlər bunu təsdiq etmir. Yuxarıda göstərildiyi kimi, bu ilin birinci rübündə Avropaya gələn qaçqınların sayı ötən ilin ¼ hissəsindən bir qədər azdır. Yəni, tendensiya qalıb. İndi böhranın yenidən kəskinləşmə ehtimalı barədə proqnoz vermək çətindir, çünki Türkiyə ilə razılaşmanın qüvvəyə minməsindən sonra baş verənləri əks etdirən statistika hələlik yoxdur, buna görə də əsaslı təhlil aparmaq imkansızdır.
Sonda daha bir məqama toxunmaq zəruri hesab edirik. Böhran anlayışı. Böhran anlayışı o zaman meydana gəlir ki, hansısa neqativ tendensiya kəskinləşir və genişlənir və bu tendensiya ilə mübarizə üçün fövqəladə tədbirlər qaçılmaz olur. Amma ilk əvvəl göstəricilər kəskin pisləşməlidir. Amma indiki situasiyada vəziyyət necə inkişaf edir? 2015-ci ildə Avropaya 1,4 milyona yaxın miqrant gəlib. Müqayisə üçün, 2014-cü ildə bu göstərici 662 min, 2013-cü ildə 464 min, 2012-ci ildə 374 min nəfər təşkil edib. Beləliklə, ötən il iki dəfədən artıq yüksəlmə müşahidə olunub ki, bu da böhranın yaranması üçün kifayət qədər güclü amildir. Maraqlısı isə odur ki, bu, faktiki olaraq birdən-birə, gözlənilməz baş verib. Həqiqətən, Suriyada müharibə artıq 5 il davam edir, İraqda və Əfqanıstanda müharibə və silahlı toqquşmalar artıq on illərlə davam edərək daimi xarakteri alıb, bunu həmçinin Afrikanın Somali və Eritreya barəsində də demək olar. Necə olub ki, 2015-ci ildə birdən-birə bütün dağılan və müharibədən əziyyət çəkən bölgələrdən qaçqınlar Avropaya gəlmək qərara gəliblər? Belə görünür ki, guya onlar mütəşəkkil şəkildə yerlərini tərk edərək Qərb və Şimal istiqamətə kütləvi şəkildə üz tutublar. Miqrasiya böhranının hansısa kənar qüvvə tərəfindən təşkil edilməsi tezisi yeni deyil, bir çox müşahidəçi, analitik və siyasətçilər bu barədə fikirlərini söyləyiblər, amma böhran artıq “qapılara yaxınlaşanda” səbəb o qədər də vacib olmur, vacib olan çıxış yolunu tapmaqdır. Lakin səbəbi kənarı qoymaq olmaz. Əgər miqrasiya böhranı təşkil olunmuş bir prosesdirsə, kim istisna edə bilər ki, indiki vəziyyətə qarşı “dərman” tapılsa, yeni bir təhlükə həmin qüvvə tərəfindən təşkil olunmayacaq?

Mənbə: APA Analitik Mərkəzi

Leqal.info


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI