Leqal.Info

SON DƏQİQƏ

Sarkisyanın təyin etdiyi yeni hökumət nəyi dəyişəcək? - Təhlil

Sarkisyanın təyin etdiyi yeni hökumət nəyi dəyişəcək?
6-10-2016, 12:22 409 dəfə baxılıb

Məlum olduğu kimi, son günlər Ermənistan hökumətində ciddi kadr islahatları aparılıb. Ölkə başçısı Serj Sarkisyan Karen Karapetyanı Ermənistana yeni baş nazir təyin edib.

Leqal.info AzNews.az-a istinadən xəbər verir ki, politoloq Elxan Şahinoğlu ölkədəki dəyişiklikləri şərh edib. Onun fikrincə, Ermənistanın yeni baş naziri Karen Karapetyan ölkə iqtisadiyyatında istəyini reallaşdırmaq üçün 3 ciddi maneəni aşmalıdır.
“Birinci, idarəetmədəki korrupsiyadır. Bu maneəni aşmaq üçün az qala bütün idaeətmə sistemi yenidən qurmalıdır. Ancaq çətin ki, prezident Serj Sarkisyan Karapetyana belə bir imkan tanısın.
İkincisi, iqtisadiyyatdakı monopoliyalardır. Karapeytan heç bir monopoliya ilə bağlı deyil. O, baş nazir vəzifəsinə Rusiyadan gətizdirilib. Ona görə də məntiqlə Karapetyanın Ermənistandakı monopolilayalarla mübarizə aparması mümkündür. Ancaq o, yenə qarşısında Sarkisyanı görəcək. Çünki Ermənistanda monopoliyalar onun və keçmiş prezident Robert Köçəryanın dövründə kök salıb və onlar bundan imtina etmək istəmirlər.
Üçüncü, Ermənistanda maliyyə və insan resurslarının tükənməsidir. Bu, digər iki maneədən ən mürəkkəbidir. Karapetyan “islahat aparacağam” desə də, bu işi aparmaq üçün onun nə kifayət qədər maliyyəsi, nə də insani resursu var. Ona görə də Karen Karapetyan yerində sayacaq”.
Politoloq qeyd edib ki, Karen Karapetyan SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə keçmiş köməkçisi Abel Aqanbekyanı məsləhət üçün keçən həftə İrəvana dəvət edib: “Ancaq Aqanbekyan İrəvanda jurnalistlərə Ermənistan iqtisadiyyatı barədə optimist fikir bildirmədi. Onun “Serj Sarkisyanla iqtisadiyyatı dirçəltmək mümkün olmayacaq” sözləri Ermənistanın hakim elitasında narazılıq yaratdı. “Sarkisyan heç nə bilmir” deyən Aqanbekyan Ermənistanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Sarkisyan Aqanbekyanın dediyi kimi iqtisadiyyatda heç nə bilməsə də, hakimiyyətdən imtina etməyəcək. Sarkisyan konstitusiyanı da ona görə dəyişdi ki, Ermənistanı parlamentdəki çoxluq vasitəsilə idarə edə bilsin”.
E.Şahinoğlunun fikrincə, Ermənistanın bugünkü faciəsində Aqanbekyan Sarkisyan qədər günahkardır: “Bu şəxs hələ SSRİ-də yeni başlanan yenidənqurma dövründə “Dağlıq Qarabağ Ermənistana məxsus olmalıdır” fikrini söyləmişdi. Bu, Dağlıq Qarabağdakı erməni separatçıları üçün fitil rolunu oynadı. Aqanbekyanın “məsləhəti” ilə Sarkisyan və Köçəryan kimi separatçılar işğala baş vurmasaydılar, Ermənistan Azərbaycanla normal qonşuluq münasibətlərinə çalışsaydı, Ermənistan indiki qədər ağır vəziyyətə sürüklənməzdi. Dağıdıcı yolu seçdilər, bu da nəticəsi...”
Politoloq Sarkisyanın yeni təyin etdiyi müdafiə naziri ilə bağlı da fikirlərini səsləndirib: “Serj Sarkisyan müdafiə naziri Seyran Ohanyanı Viqen Sarkiysanla əvəz etdi. 1975-ci ildə anadan olan Viqen Sarkisyan İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb. Prezidentin Viqen Sarkiysanı müdafiə naziri təyin etməsi orduda islahatlar aparması istəyi ilə bağlıdır. Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusunın əsgər və zabit heyəti tam kompleksləşməyib, ərzaq və geyim təminatı aşağı səviyyədədir, ordudakı pullar yeyilib, generallar bu pullarla İrəvanda özlərinə villalar tikiblər və s. Yəni Serj Sarkisyan ordudakı bu vəziyyəti dəyişmək üçün müdafiə sistemini keçmiş administrasiya rəhbərinə etibar edib. Yəqin Sarkisyan düşünür ki, Qərb təhsili alan Viqen Sarkiysan ordunu mükəmməl menecment əsasında quracaq, maliyyə oğurlanmayacaq. Qərb ölkələrində də müdafiə nazirləri adətən mülki şəxslər, siyasətçilər olurlar. Ancaq Qərb ölkələrində oturuşmuş siyasi sistem var. Ermənistan isə müharibə vəziyyətindədir. Serj Sarkisyan ordunun döyüş qabiliyyəti ilə bağlı məsələləri yeni təyin etdiyi baş qərargah rəisi Movses Akopyana həvalə edəcək. Akopyanın Azərbaycanla savaş təcrübəsi var, əslən Dağlıq Qarabağdandır, Xocalı Soyqırımında iştirak edib. Movses Akopyan yeni təyinatına qədər “Dağlıq Qarabağ Respublikasının” müdafiə naziri olub”.
Politoloq bu təyinatlarla bağlı fikrini belə yekunlaşdırıb: “Serj Sarkisyan keçmiş prezident Robert Köçəryan kimi əsas vəzifələrə, o cümlədən hərbi sahəyə Dağlıq Qarabağ ermənilərini təyin edir. Ermənistana illərdir rəhbərlik edən Qarabağ separatçılarının yerli kadrlara inamları yoxdur. Ermənistanda vəzifədə olan Dağlıq Qarabağ separatçıları Azərbaycanla müharibənin səbəbkarlarıdırlar və bölgədə sülhün əldə olunmasında maraqlı deyillər”.

Mənbə: AzNews.az

Leqal.info


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI