Leqal.Info

SON DƏQİQƏ

Qərb Çinə qarşı “yeni silahlar”ını işə salır: - Uyğurlar və radikal islamçılar Çin üçün ən böyük təhlükəyə çevrilib - Təhlil

Qərb Çinə qarşı “yeni silahlar”ını işə salır:
29-09-2016, 19:00 5 894 dəfə baxılıb

Separatizm bir çox dövlətlərə xas hadisədir. Çin də bundan yan keçməyib. Separatizm Honqkonqda parlaq ifadəli siyasi xarakter daşıyırsa, ölkənin şimal və qərb əyalətlərində separatçı əhval siyasi, iqtisadi və başlıcası, milli özəlliklərin cövhəri olub. Bu mənada Pekin üçün ən problemli bölgələrdən biri Sinzsyan – Uyğur muxtar bölgəsidir (SUMB).

Xeyli əsrdir ki, burada məskunlaşmış uyğularla çinlilərin qarşıdurması baş verir. Şərqi Türküstan son yüz ildə, ən azı, iki dəfə müəyyən muxtariyyətə nail ola bilib, lakin çinlilər hər dəfə bu əraziləri öz nəzarətlərinə qaytarıblar.
Son illərdə bir neçə beynəlxalq oyunçu SUMB-dakı separatçı qruplaşmalara təsir etməyə cəhd edib. Onlar üçün bəyan olunan insan haqları və milli azlıqların hüquqlarındansa Çini sabitsizləşdirmk daha önəmlidir. Bu cür xeyirxahlar içində Türkiyə, ABŞ, İŞİD və “Cəbhət ən-Nusra”nı ayırmağına dəyər.

Türk dünyası

Uyğurlar Türkiyə üçün pantürkizmin rəmzidir, çünki hesab olunur ki, türk etnosu məhz Şərqi Türküstan ərazisində yaranıb. Qədim zamanlarda türk köçkünləri məhz buradan qərbə doğru hərəkətlənib ki, Orta Asiya, Qafqazdan keçib Qara və Aralıq dənizlərinn sahillərinə çıxsın.
Türkiyə Vətəni tərk etmiş uyğurlara kömək etməyə cəhd edir, xüsusən də onlara dünya üzrə problemsiz hərəkət etməyə və uzun müddət Türkiyədə yaşamağa imkan yaradan Türkiyə sənədləri verir. Türkiyə ərazisindəki uyğurlar içində antiçin əhvali-ruhiyyəsi yetərincə güclüdür və nəzərə alınsa ki, müxtəlif dəyərləndirmələrə görə, uyğur diasporunun sayı 60-300 min nəfər təşkil edir, onda bu problemə diqqətlə yanaşmağına dəyər. Xüsusən də ona görə ki, antiçin çıxışlarının artıq ilk qaranquşları yer alıb. Məsələn, bir il əvvəl Çin müqəddəs Ramazan ayında dini ayinlərin icrasına bir sıra məhdudiyyətlər qoyarkən Türkiyədə antiçin nümayişləri keçirilib, Çin bayraqları yandırılıb və bir neçə Çin restoranına həmlə edilib.
Uyğurlar Çinin Türkiyədəki diplomatik nümayəndəliklərinə münasibətdə hələlik heç bir ciddi hücum etməyiblərsə də, 2015-ci ilin iyulunda ölkə hökumətinin Pekinin tələbi ilə bir qrup uyğuru ölkədən çıxarmaq qərarından sonra Tailand konsulluğu ciddi ziyan çəkib. Konsulluğa hücum nəticə verib və taylar növbəti pozucuları Çinə deyil, Türkiyəyə göndəriblər.
Lakin bu gün Pekin də pantürkçü əhvali-ruhiyyənin qızışdırılmasına qarşı fəaliyyət göstərir və İstanbula (mətndə bu cürdür-tərc.) ciddi basqı edir. Çin diplomatiyasının uğurlu işlərindən birini Şərqi Türküstan Milli Mərkəzinin (hazırda Ümumdünya Uyğur Konqresi) Türkiyədən Almaniyanın Münhen şəhərinə məcburi köçürülməsini hesab etmək olar. Bundan savayı, Ankara və Pekinin güclənən siyasi, iqtisadi və hərbi əlaqələri Türkiyə hökumətinin uyğurlara açıq dəstəyinə ciddi məhdudiyyətlər qoyur.
Unutmağına dəyməz ki, Türkiynin özü də kürdlərə qarşı repressiv tədbirlər görməklə eyni durumdadır.

Prinsipial Qərb

ABŞ və Qərb uyğur probleminə yanaşmada ənənəvi insan haqlarından istifadə edir. SUMB-dakı durum haqda Qərb mətbuatı və QHT-lərinin məlumatlarının əsas leytmotivi Çinin kommunist rejiminin uyğur azlığın hüquq və azadlıqlarının pozulmasından ibarətdir. Məsələn, məşhur "Human Rights Watch" Cənubi Sinzsyanda bu yaxınlardakı faciəli insidentə özünəməxsus şəkildə reaksiya verib. Sentyabrın 10-da hüquq-mühafizə əməkdaşlarının reydinin gedişində aşkarlanmış partladıcı partlayandan sonra yerli polis bölməsinin rəisi həlak olub, bir neçə zabit yaralanıb. Lakin hüquq müdafiəçiləri bundan sonra diqqəti yalnız bu iş üzrə həbs edilənlərin hüquqlarına riayət edilməsi zərurətinə yönəldərək eyni zamanda etiraf ediblər ki, onlar haqda yetərincə məlumata malik deyillər. Və polis əməkdaşının həlakı faktı – yeri gəlmişkən, miliyyətcə uyğurun – nə qınaq , nə də başsağlığı doğurub.
Qərb mətbuatı bir qayda kimi, radikal uyğurlaırn fəaliyyətinə rəğbətlə yanaşır, onların hərəkətinə Çin ekspansiyası ilə bəraət qazandırır. Xarakterikdir ki, ABŞ-ın terrorçuluq təhlükəsinin gerçəkliyi şübhələri Çin kmi Amerikanın da “Şərqi Türküstan İslam hərəkatı”nı (ŞTİH) terrorçu təşkilatlar siyahısına daxil etdiyi fonda səslənir.

İslamçı təhlükə

İndiki anda ən təhlükəli məqam Qərbin bəyanatları deyil, xarici islamçı ekstremist təşkilatların Çindaxili dini-etnik münaqişəyə təsir etmək cəhdləridir. Bununla bağlı uyğur separatçıları ilə İŞİD və “Cəbhət ən-Nusra” terror təşkilatlarının calaşmasıdır. Təhlükə o qədər aşkar olub ki, Çin hökuməti İŞİD-in Sinszyan sakinlərini Yaxın Şərq münaqişələrinə qatılmaq üçün ələ aldığını rəsmən etiraf etməyə məcbur olub. SUMB ərazisi və qonşu dövlətlərdə fəaliyyət göstərən “Şərqi Türküstan İslam hərəkatı” qurumu Suriya ərazisindəki döyüşlərdə fəal iştirak edir. Uyğur yaraqlılarından təkcə İŞİD-in döyüş qruplarının tərkibində deyil, həm də digər terrorçu təşkilatlarla, xüsusən də “Cəbhət ən-Nusra” ilə birlikdə Hələb rayounda fəaliyyət göstərən tam bir bölmə formalaşdırılıb. “Şərqi Türküstan İslam hərəkatı” qruplaşması 1993-cü ildən fəaliyyətdədir. Onun üzvləri bu müddətdə 200-ə yaxın terakt həyata keçirib. Hərəkat təmsilçiləri Əfqanıstan, Pakistan və Suriyada silahlı münaqişələrə qatılıblar. Qruplaşma o qədər geniş yayılıb ki, Orta Asiya respublikalarını da təhdid edir. ŞƏT üzvlərinin xüsusi xidmətləri birgə fəaliyyəti müəyyən edib ki, 2016-cı il avqustun 30-da Çinin Bişkekdəki səfirliyinə hücumun icraçısı ŞTİH-in Suriyada döyüşmüş üzvü, Tacikistanın milliyyətcə uyğur vətəndaşı Zoir Xəlilovdur.
ŞTİH-in Çinin hüdudlarından kənarda fəaliyyət dairəsinin genişlənməyi bu qruplaşmann ÇXR üçün təhlükəsini çoxaldır. Çünki bu qruplaşma təkcə ölkənin kiçik bölgəsinidə – SUMB-da sabitliyi pozmaq təhdidi gəlmir, həm də Çinin beynəlxalq layihələrinə gerçək təhlükə yaradır. Məsələn, terrorçuların Qırğızıstan və Orta Asiyanın digər respublikalarında fəaliyyəti onların Çinlə münasibətlərinə mənfi təsir edə bilər.
ŞTİH Çin sərhədindən Pakistanın Qvadar limanına Çin-Pakistan nəqliyyat dəhlizi inşası layihəsinə də gerçək təhlükə doğurur. Qruplaşmanın nəqliyyat magistrallarının keçdiyi bölgələrin birbaşa yaxınlığında fəaliyyəti, “Taliban” və “Əl-Qaidə”ni yerli yaraqlıları ilə sıx təmaslar çinliləri layihənin təhlükəsizliyini təmin etmək üzrə əlavə səylər göstərməyə məcbur edir.

Çinin cavabı

ÇXR separatçı gizli fəaliyyətin teraktlarının önlənməsi üzrə müxtəlif yönlərdə fəal tədbirlər görür.
İqtisadi siyasət. Çin rəhbərliyi çox gözəl başa düşür ki, Sinszyanın yoxsul əhalisinin təmsilçiləri separatçılar üçün bir çox baxımdan baza təşkil edir. Doğrudan da, bura sərt təbii şəraiti və yarımsəhra əraziləri ilə yoxsul bir bölgədir. Buna görə də mərkəzi hökumət əhalinin ən yoxsul qisminin yetərli yaşayış minimumunu təmin etmək üçün bir sıra proqramlar gerçəkləşdirir. Məsələn, yoxsul ailələrə maddi yardım, uşaqlarına isə pulsuz dərs vəsaitləri verilir.
Hökumətin bölgədə biznesi fəallaşdırmaq niyyətini ayrıca qeyd etmək lazımdır. Bu, bir tərəfdən, infrastrukturun inkişafı, ölkənin iqtisadi planda geridə qalmış şimali-qərb rayonlarını ölkənin daha inkişaf etmiş mərkəzi və şərq hissələri ilə sıx şəkildə birləşdirəcək yolların inşası hesabına edilir. Faydalı təbii qazıntılarla zəngin bölgədə hasilat sənayesi fəal şəkildə inkişaf edir. Pekin ən yaxın vaxtlarda Sinszyanda 100 layihəyə, təxminən, 100 milyard dollar qoymağı planlaşdırır. Son altı il ərzində bölgəyə yatırımın həcmi 100 milyard dollardan çox olub.
Digər tərəfdən, Pekin Sinszyanı istehsala və üçüncü ölkələrə mal ixracatına cəlb etməyə çalışır. “Yeni İpək Yolu” layihəsi həm də SUMB-un paytaxtı Urumçi şəhərindən transqitə nəqliyyat dəhlizinin inşasını qarşıya qoyur.
Separatçılara münasibətdə hökumət tədbirləri. SUMB ərazisində avqustdan yeni antiterror qanunu qüvvəyə minib. Ekstremist qruplaşmaların başçılarına nisbətdə tədbirlər sərtləşdirilib, xaricdə terrorçu fəaliyyət üçün adamların əl alınması və yaxud xarici məşq düşərgələrində təlim terakta bərabər tutulur, ekstremist məlumatın yayılmasına görə terrorçuluq maddələri üzrə təqib tətbiq olunur.
Milli siyasət. 90-cı illərdən başlayaraq Çinin mərkəzi və şərqi rayonlarından etnik çinlilərin (xanların) mühacirəti xeyli artıb. Hökumətin dəstəklədiyi bu proses hasilat və onunla çulğaşan sahələrin inkişafından törəyib. Köçkün axını o qədər böyükdür ki, əsrlər boyu bölgənin əsas əhalisi olan uyğurlar hazırda 45% təşkil edirlər və bölgənin demoqrafik mənzərəsində onların payı azalmağa davam edir.
Xanların sayının kəskin şəkildə artması milli dilin tədricən sıxışdırılması və onun yerinə ümumdövlət mandarin dilinin gəlməyinə səbəb olur. Nəticə etibarilə dilin ardınca uyğurların mədəniyyəti və ənənələri ciddi basqıya məruz qalır. Çin hökuməti Sinszyanı orijinal, ölkənin qalan hissəsindən fərqli türk mədəniyyəti ilə turizm yönündə reklam etsə də, bütünlükdə SUMB-un çinliləşdirilməsi Pekinin maraqlarına cavab verir.

Tərcümə Strateq.az-ındır.

Leqal.info


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI