Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Leqal.info “A24.az”-a istinadən sığorta şirkətləri ilə bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir:

2017-ci ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 1698 xəbər yerləşdirilib. 762 xəbərdə isə konkret şirkətin adı hallanıb. Bunlardan 743-ü neytral, 19-u isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: AXA MBASK Sığorta (7 xəbər – şirkət milyonlarla vergidən necə yayınır?), Dövlət Sığorta Kommersiya Şirkəti (5 xəbər – şirkət şəhidin qan pulunu niyə vermir?), Standard İnsurance (5 xəbər – şirkət vətəndaşları aldadır). Sentyabr ayında elektron mətbuatda sığorta şirkətləri haqqında müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:


1 Standard İnsurance (Sığorta) 72 xəbər
2 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 69 xəbər
3 AXA MBASK Sığorta 60 xəbər
4 Paşa Sığorta 56 xəbər
5 Atəşgah Sığorta 46 xəbər
6 AzSığorta 45 xəbər
7 ATA Sığorta 43 xəbər
8 Azərbaycan Sənaye Sığorta 40 xəbər
9 Paşa Həyat Sığorta 38 xəbər
10 Dövlət Sığorta Kommersiya Şirkəti 37 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 404 neytral xəbər dərc edilib: 67 xəbərdə söhbət hansısa şirkətdən gedib. Sentyabr ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət və mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:


1 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 12 xəbər
2 Paşa Sığorta 9 xəbər
3 Atəşgah Sığorta 8 xəbər
4 Günay Sığorta 4 xəbər
5 Azərbaycan Sənaye Sığorta 4 xəbər
6 Meqa Sığorta 3 xəbər
7 Standard İnsurance (Sığorta) 3 xəbər
8 AzSığorta 3 xəbər
9 Dövlət Sığorta Kommersiya Şirkəti 3 xəbər
10 AXA MBASK Sığorta 2 xəbər
Sentyabr ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 44 xəbər göstərilib. Bu xəbərlərdən 9-u İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsusdur.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:


+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

VİDEO