Leqal.Info

SON DƏQİQƏ

Rus ekspert: “İskəndər” raketləri incik düşmüş müttəfiq üçün oyuncaqdır? - Təhlil

Rus ekspert: “İskəndər” raketləri incik düşmüş müttəfiq üçün oyuncaqdır?
30-09-2016, 21:52 372 dəfə baxılıb

Mixail Belyayev

"Вестник Кавказа".ru, 29.09.2016

Ermənistan müstəqilliyinin 25 illiyi münsibətilə İrəvanda hərbi paradın keçirildiyi andan Rusiya istehsalı “İskəndər” əməliyyat-taktiki raket komplekslərinin nümayiş etdirilməsinin ekspert mühitində fəal müzakirəsi davam edir. Bu məsələdə çox şey hələ də qaranlıq qalır və hətta Pavel Felgenhauer kimi məlumatlı hərbi ekspert də dəqiq şəkildə iddia etməyə girişmir ki, doğrudanmı Rusiyanın Ermənistana “İskəndər” satmağı yer alıb?

Fikir yayılıb ki, hərbi paradda Rusiya və Ermənistanın Birləşmiş qoşun qruplaşmaları çərçivəsində Rusiyanın Gümri bazasındakı kompleksi nümayiş etdirilib.

Xatırladaq ki, Gümri bazasından İrəvan küçələrinə müasir hərbi texnika çıxaran Rusiya hərbçilərinin fotoşəkilləri sosial şəbəkələrə sızıb ki, bu da nümayiş etdirilən “İskəndər”lərin yalnız “icarəyə götürldüyü” haqda şübhələri gücləndirib. Rusiyanın müdafiə müəssisəsi və "Рособоронэкспорт"-dan da rəsmi təsdiq gəlmyib.

Digər tərəfdən, Ermənistan ordusuna 280-300 km-ədək mənzili olan “İskəndər”in ixracat versiyasının satıldığının dolayısı ilə təsdiqləyən Rusiyanın İrəvan səfiri İvan Volınkinin açıqlamasını qeyd etməmək olmaz.

Volınkin xüsusən də “Azatutyun” radiosuna müsahibədə bildirib ki, “İskəndər”lərin Ermənistana satılması ölkələr arasında uyğun sazişin olduğu və aralarında müttəfiqlik, qardaşlıq münasibətlərindən xəbər verir. Yəqin ki, rusiyalı diplomatın Cənubi Qafqaz üçün bu cür çox mühüm mövzuda ifadələri RF XİN-lə əvvəlcədən razılaşdırılıb.

“İskəndər”lərin hər halda Ermənistanın silahlanmasına daxil olduğunun daha bir dolayı təsdiqi Azərbaycan tərəfinin reaksiyası olub. Müdafiə sənayesi naziri Yavər Camalov ADEX 2016 beynəlxalq müdafiə sərgisində Azərbaycanın 280 km radiusda hərəkət edən ballistik raketlər istehsalını təşkil etmək niyyətini elan edib. Lakin Ermənistanla münaqişə kontekstində Azərbaycan ordusu üçün bu cür uzaqvuran raketlərin praktik zərurəti tam aydın deyil, çünki Azərbaycan SQ-nin sərəncamındakı “Extra” ballistik raketləri (hərəkət radiusu 130 km) onsuz da Ermənistan paytaxtını “yaxalayır” – hələ işğal edilmiş Dağlıq Qarabağı və civarındakı əraziləri demirik. Burada söhbət daha çox psixoloji amildən (Ermənistan üzərində tam hərbi üstünlükdən), həmçinin Azərbaycanın öz HSK-nin perspektiv ixracat yönünü inkişaf etdirmək istəyindən gedir.

Fikrimizcə, İrəvanda “İskəndər”lərin hərbi parada diryirlədilməsi də birinci növbədə daxili-siyasi hədəfləri güdən eynilə bu cür şoudur. Ölkə hərbi-siyasi komandanlığı Dağlıq Qarabağda aprel müharibəsinin gedişində ciddi (o cümlədən ərazi) itkilərdən sonra Ermənistan cəmiyyətini sakitləşdirməyə can atır. Paradda sərgilənən “İskəndər”lər isə əhalinin informasiya “emalı” üçün uyğun imkan yaradır. “Sasna Tsrer” qruplaşmasının bu yay İrəvanda PPX alayının binasını zəbt etməyi Ermənistandakı antirusiya əhvalının gerçək səviyyəsini növbəti dəfə üzə çıxartdı: Ermənistan sosial şəbəkələri zəbt günlərində antirusiya şüarları ilə bərq vurur, Serj Sərkisyanın qeyri-populyar komandası başqa cür deyil, “Moskvanın nökərləri” adlandırılır, apreldəki hərbi iflasa görə məsuliyyət isə birbaşa Moskvanın üzərinə qoyulurdu.

Ermənistan rəhbərliyi son həftələrdə sosial narazılığın dərəcəsini alzaltmaq üçün Ovik Abramyan başda olmaqla əhalinin inamını itirmiş hökuməti istefaya göndərərək, həmçinin xalqa “İskəndər”lər kimi “tamaşa” təşkil etməklə tədbirlər zərfi qəbul edib. Rəsmi İərvan 2015-ci ildəki kimi Moskva ilə münasibətlərdə “Maydan” kartını oynayaraq 200 milyon dollarlıq güzəştli kredit üzrə silahın verilməsində rusiyalı tərəfdaşları tələsdirdi. Söz düşmüşkən, ermənilər qaza güzəştlə yanaşı bu krediti də postsovet məkanında Qərb ssenarilərini möhkəm xatırladan “Elektrikli İrəvan” etirazlarından sonra əldə ediblər. İrəvan o zaman da öz məqsədinə çatmaq üçün artan sosial narazılıq fonunda Moskvanın Ermənistanda rəngli inqilab imkanı əndişəsindən fəal şəkildə istifadə edib. Təəssüf ki, Ermənistan cəmiyyətində antirusiya əhvalı artıq çoxdan qeyri-ciddi hala çevrilib. Ermənistan diplomatiyası isə Avropa və Amerika siyasətçilərinin rəğbətini qazanmaq üçün Qərbdə “AB-yə can atan və avtoritar Rusiyanın qabağını aldığı xristianlar” kartını oynayır. Nəzəri olaraq, Ermənistan ordusunda “İskəndər” varsa, onda raketlər Bakıya çata bilər. Lakin burada nəzərə almaq lazımdır ki, bu OTRK bu raketlərin ancaq nüvə başlığı daşıyacağı halda hərbi əməliyyatın gedişini dəyişə bilcək total dağıntı təhlükəsi yaradır. Hər bir raketin yüksək qiyməti nəzərə alınsa, Ermənistanın “İskəndər”lərdən fəal şəkildə işlədəcəyindən danışmaq da lazım gəlmir. Lakin yaxın keçmişin hadisələri ondan xəbər verir ki, ermənilərin “çirkli bomba” yaratdığı haqda Ermənistanın keçmiş baş naziri Hrant Baqratyanın hay-küylü bəyanatı ilə bağlı rəsmi Bakının ayıq-sayıq olmağı lazımdır. Hətta bu ilin aprelində artıq erməni qaçaqmalçıları Metsamor AES-dən uran-238-i 200 milyon dollar dəyərində qara bazarda satmaq cəhdi göstərib ki, bu da radioaktiv tullantılara Ermənistan tərəfdən gərəkli nəzarətin olmadığından xəbər verir. Bunu nəzərə almaqla Ermənistan hərbçilərinin “çirkli bomba”nı “İskəndər”lə kombinasiyada işlətmək ehtimalını birmənalı şəkildə istisna etmək olarmı? Çox ehtimal ki, nə Azərbaycan, nə də Ermənistan paytaxtlara zərbə endirməyi planlaşdırmır. Dağlıq Qarabağda müharibə yenidən alovlansa, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşmiş Ermənistan silahlı qüvvələri və erməni separatçılarına qarşı antiterror əmliyyatı səciyyəsi daşıyacaq. Mümkün hərbi əməliyyatlar səhnəsinin işğal edilmiş ərazilərlə məhdudlaşacağı münaqişə iştirakçılarının KTMT və Türkiyə tərəfdən önlənəcəyi amili ilə də izah olunur. Lakin müharibələr heç vaxt planlaşdırılmış ssenari ilə getmir və “çirkli bomba” məsələsi Ermənistana “İskəndər”lərin mümkün tədarükü fonunda yenidən aktuallaşır.

Tərcümə Strateq.az-ındır.

Mənbə: Strateq.az

Leqal.info


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI