Leqal.Info

SON DƏQİQƏ

Hrant Baqratyan: “Ofşor hesablarda milyonları olan erməni kilsəsi niyə vergi ödəmir?” - Təhlil

Hrant Baqratyan: “Ofşor hesablarda milyonları olan erməni kilsəsi niyə vergi ödəmir?”
2-10-2016, 02:59 330 dəfə baxılıb

Fоtо: president.am

Liya Xocoyan

EAdaily.com, 30.09.2016

Müxalif deputat, Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bu günlərdə bildirib ki, Ermənistan Apostol Kilsəsinin (EAK) niyə vergi ödəməməli olduğunu başa düşmür. O, keçmişə üz tutaraq deyib ki, EAK-nin iqtisadi güclənməsi fonunda məhz onun ucbatından Ermənistan iki dəfə – 428 və 1045-ci illərdə öz dövlətçiliyini itirib. Diskussiya Ermənistanın yeni vergi kodeksi layihəsinin müzakirəsi çərçivəsində açılıb və təbii ki, deputatın həmkarlarında coşğun mənfi reaksiya doğurub.
Xristianlığı dövlət dini kimi ilk dəfə qəbul edən Ermənistanda din və inam mövzusu toxunulmaz mövzulardan biri sayılır. Lakin Baqratyana qədər də oxşar təkliflər irəli sürən siyasətçilər olub, amma bu, heç vaxt müzakirə predmeti olmayıb: qəbul edilib ki, məhz xalq, cəmiyyət buna heç vaxt icazə verməz. Lakin əslində, kilsənin birbaşa qədim paytaxt Eçmiədzinlə bağlı İsveçrə bankları və ofşorlardakı milyonluq hesablarını açıqlayan bəzi beynəlxalq təşkilatların ifşası nəzərə alınsa, elə həmin cəmiyyətin böyük qismi bu pulların banklarda saxlanmasına deyil, dövlət xəzinəsinə axmasında maraqlı olardı.
Beynəlxalq jurnalist araşdırmaları konsorsiumu (ICIJ) 2015-ci ilin fevralında İsveçrədəki HSBC bankının vergidən yayınan və milyonlarla dollar aktivlərini gizlədən müştərilərinin siyahısını və hesablarını açıqlayıb. Məlum olduğu kimi, Ermənistan Bütün ermənilərin katolikosu II Qareginin sayəsində 146-cı yerdə olub. Məlum olub ki, II Qaregin bank sənədlərində hətta 2000-ci ildən qeydə alınıb, lakin bundan cəmi bir il əvvəl – 1999-cu ildə katolikos olub. Lakin bu ona artıq 2006-2007-ci illərdə bankda “II Qaregin Nerses”in adına 1,1 milyon dollara sahib olmağa əngəl törətməyib. Xatırladaq ki, bu, 2006-2007-ci illərin məlumatıdır.
Təbii ki, EAK rəsmi təmsilçisinin şərhini çox gözləmək lazım gəlmədi: Qədim paytaxt Eçmiədzindən bildirdilər ki, kilsə bu hesabı “xeyriyyəçilik məqsədi” üçün açıb və II Qareginin sələfinin ölümündən sonra eyni məqsəd üçün onun adına açılıb. Qədim paytaxtın təmsilçisi bildirib: “Erməni kilsəsinin katolikosluğu milli-dini müəssisədir və üzərinə vergi qoyula bilməz. Ali Patriarx vergiqoyma məsələsində toxunulmazdır”. Bununla da qalmaqalı ört-basdır etdilər.
Lakin bu, II Qareginin adının maliyyə fırıldaqlarında hallandığı yeganə hadisə deyil və onun biznesi haqda xatırlatmalar bunun yanında, sadəcə, xırda detaldır. Diaspora keşişləri hələ 2013-cü ildə bütün ermənilərin Katolikosunun EAK-ın bu və ya digər təmsilçisini çox tez-tez çindən məhrum etmək və keşiş rütbəsinə uyğun gəlməyən adamları təyin etməyindən öz narazılıqlarını ifadə ediblər. Məhz bu narazılıq fonunda bildirilib ki, II Qaregin və kilsənin yüksək keşişləri (həm II Qareginin, həm də yepiskop Kçoyanın adı çəkilir) dollarla milyoner kmi ofşorlarda hesaba malik olduğu halda keşişlərin əksəriyyəti ağır sosial şəraitdə yaşayır.
Buna baxmayaraq, EAK-nin müdafiəçiləri bu gün də çoxdur – xüsusən də hakimiyyət sahibləri arasında. Məsələn, Ermənistanın keçmiş ədliyyə naziri Gevorq Danielyan da bu fikrin tərəfdarıdır ki, kilsə vergilərdən azad olmalıdır və bunda qismən “bolşeviklər günahkardır”. Onun sözlərinə görə, inqilabın gedişində kilsə mülkiyyətinin bir hissəsi, xüsusən də Matenadaranın qədim əlyazmaları milliləşdirilib və dövlətin mülkiyyəti olub. On illər keçəndən sonra bu əmlak nəinki qaytarılıb, hətta bir hissəsi məhv edilib. Nəticə etibarilə bu və ya digər amillər nəzərə alınmaqla kilsənin vergi ödəməkdən imtinası güzəşt kimi nəzərdən keçirilməməlidir, çünki bu qayda ilə “əvəzedilməz itkilərin bir qismi müvazinətləşdirilir”.
Danielyan həmçinin Baqratyanı və bu tezisin tərəfdarlarını “əvvəlcə itkinin əvəzini ödəməyə, sonra isə vergi qoymaq tələbini irəli sürməyə” çağırır.
Kilsəni vergiqoymadan kənarlaşdırmaqda bu qədər inadcıl istəyin səbəbi aydın deyil, axı bu institut prinsipcə pis qazanmır. Əlavə olaraq əhali üçün bütün xidmətlərin hamısı pulsuz olmalıdır, lakin möminlərin əvvəlcədən xəbərdar edildiyi dəqiq tarif mövcuddur.

Tərcümə Strateq.az-ındır.

Leqal.info


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI