Leqal.Info

SON DƏQİQƏ

Rəfael Dadaşov: "Canıma qorxu düşdü" - Video

Rəfael Dadaşov:
7-12-2019, 22:00 67 377 dəfə baxılıb

Səhhətində yaranan problemlərə görə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rəfael Dadaşov indiki durumu barədə danışıb.

Leqal.info "Lent.az"a istinadən xəbər verir ki, xəstəxanada açıqlama verən aktyor bildirib ki, müalicəsi davam edir:

"Allahın köməkliyi ilə babatam. Sağ olsunlar, qulluq edirlər. 4 gün reanimasiyada yatdım. Dünən günortadan palataya düşmüşəm. Belə baxanda, ilk gəlişimdən indi yaxşıyam. Səhhətimdə dəqiq nədən əziyyət çəkdiyimi özüm də bilmirdim. Məni daha çox təngnəfəslik narahat edirdi. Addımımı düz ata bilmirdim. Canıma qorxu düşdü. Təcili yardım çağırdılar, bura gətirdilər. Ürək çatışmazlığı imiş. Bir də daxildə su var idi. 4 günə özümə gətirdilər. Ürəklə bağlı problemi tarazlaşdırdılar. İndi böyrəklərimdə su qalıb, onu düzəldəcəklər”.

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.


VİDEO



www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI