ARB TV-nin “Səhər-səhər” proqramının növbəti qonağı müğənni Əlikram Bayramov olub.

Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, maraqlı açıqlamalar verən müğənni Manaf Ağayevin İzzət Bağırovun məsələsi ilə bağlı həmkarları haqda dediyi sözləri də cavabsız qoymayıb:

“İzzət Bağırovun başına gələn iş mənim başıma o qədər gəlib ki... O qədər yumruqlar atıblar, mikrafonumuzu alıblar, qəbiristanlığa basıblar. Dava düşüb qaçmışıq qəbiristanlığa. Sintizator çalanın bir səhvi ucbatından bütün kənd üstümüzə düşmüşdü. Qaşım çatlayıb. İdmançı imiş. Necə fırlandısa, qaşımda hələ də yeri qalıb. Yerdə necə qalmışamsa, 1 saat sonra ayılıb soruşmuşam ki, mənə nə olub? Yəni döyülmüşük də, vurulmuşuq da, polisə də düşmüşük. Bir yerdəki içki içilir, o yerdə hər şey ola bilər. Bu cür hallara daha çox kənd yerlərində rast gəlinir. Bir dənə səhv elədin kənd cammatı gəlir üstünə, nə edəcəksən? İndi də mənə zəng edirlər ki, niyə Manaf belə deyib? Manafın evində o qədər yeyib-içmişik. Özüdəki süfrəsi açıq adamdır. Amma niyə belə deyib? Heç olmasa bizi çıxartma özündən”.

VİDEO