Xaçmazdaməktəb direktoru6-cısinif şagirdinə qarşıəxlaqsız hərəkət edib.

Leqal.info Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Xaçmazın Arzu kəndindəki orta məktəbdə yaşanıb. Bununla bağlıkənddə xəbər yayılandan sonra isə hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər.
İddiaya görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı nalayiq hərəkət edib.Məlumata görə, oktyabrın 31 də direktor Gülfəz Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb.
Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Kənddə xəbər yayılandan sonra hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər.Valideynlər bu gün də məktəbə yığışıb və direktorun işdən getməsini tələb ediblər.
Xaçmaz rayonTəhsilŞöbəsinin müdiri Mədinə Nurməmmədova Arzu kənd məktəbində baş verən hadisəyə münasibət bildirib.
Təhsil şöbəsindən verilən məlumata görə,direktor vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.Bildirilib ki, hazırda direktorun vəzifəsinionunmüavini icra edir.
Məktəb direktoru yeniyetmə şagirdə əxlaqsız hərəkətlər etməkdə günahlandırılır.
Xaçmaz rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir. Məktəb direktorunun məsələ ilə bağlı izahat alınması üçün prokurorluğa çağırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO